İtaliya NATO-nun qaçılmaz təzyiqinə hazırlaşmağa başlayır
İtaliya hökuməti NATO və Avropa İttifaqının (Aİ) alyansın ÜDM-in iki faizi olan müdafiə xərcləri hədəfinə çatmaq planı ilə bağlı qaçılmaz təzyiqinə hazırlaşmağa başlayıb.
Ajansu barədə “Politico” mənbələrə istinadən məlumat yayıb.
“Maliyyə Nazirliyi bildirib ki, 2025-ci ilin sonuna qədər İtaliya müdafiə büdcəsini ÜDM-in iki faizinə qədər artıra bilər, o cümlədən maliyyə polisi və sahil mühafizəsi kimi mövcud infrastruktura xərclər. Bu, mütləq şəkildə xərclərin artmasının qarşısını alacaq. Lakin Aİ və NATO-nun bu mühasibat hiyləsini qiymətləndirdikləri zaman qəbul edəcəyinə şübhələr var”, - İtaliyanın maliyyə jurnalı yazır.
İtaliya rəsmiləri həmçinin bildiriblər ki, Aİ və hərbi blok daha çox müdafiə xərcləri məqsədilə təzyiq etdiyi üçün iyun ayında alyansın sammitində Roma “qaçılmaz siyasi təzyiq” gözləyir. Onlar əlavə ediblər ki, İtaliya kifayət qədər müdafiə maliyyəsini təmin etmək üçün başqa büdcələrdən istifadə etməyə məcbur olacaq.
ABŞ prezidenti Donald Tramp dəfələrlə NATO müttəfiqlərindən müdafiə xərclərini artırmağı tələb etmək planlarını açıqlayıb. Belə ki, yanvarda Ağ Evə qayıtdıqdan dərhal sonra o, alyansdan hərbi xərcləri ÜDM-in beş faizinə çatdırmağı tələb edəcəyini vurğulayıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.