Reklam resmi
Reklam resmi

12 ştat Trampı məhkəməyə VERDİ

12 ştat Trampı məhkəməyə VERDİ
Siyasət

Oreqon baş prokurorunun Donald Trampın Kolorado, Nevada, Nyu-York və Nyu Meksiko da daxil olmaqla ümumilikdə 12 ştatın dəstəklədiyi idxal tariflərinin ləğvi ilə bağlı iddiası ABŞ Beynəlxalq Ticarət üzrə Federal Məhkəməsinə verilib.

Ajans.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Dövlət başçısından başqa, iddiada cavabdeh qismində Daxili Təhlükəsizlik katibi Kristi Noem, Gömrük və Sərhəd Mühafizəsi Komissarının səlahiyyətlərini icra edən Peter Floresin adları çəkilir.

"Prezident konstitusiya quruluşunu pozdu və Amerika iqtisadiyyatına xaos gətirdi", - məhkəməyə müraciət müəllifləri hesab edirlər. Onlar həmçinin hesab edirlər ki, Tramp Vaşinqtonun tarif siyasətini dəyişmək üçün əsassız olaraq fövqəladə vəziyyət elan edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

author picture
Ajans_az Muxbir
Mövzular:
Tramp Məhkəmə 12 ştat

Digər Xəbərlər