Reklam resmi
Reklam resmi

Çinlə sazişdə ZƏNGƏZUR MESAJI

Çinlə sazişdə ZƏNGƏZUR MESAJI
Gündəm
408

“Azərbaycan-Çin münasibətləri inkişaf mərhələsinə qədəm qoyur. İkili münasibətlərin xüsusi nöqtələri var”

Bu barədə Ajans.az-a açıqlamasında beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli deyib. Onun sözlərinə görə, Çin diqtə dili ilə danışan ölkə deyil:

“Digər mərkəzlər həmişə güc versiyasından istifadə edirlər, amma Çində bu yanaşma yoxdur. Çin, təbii ki, güclüdür. O, sənayesi ilə diqtə edir. Çinin gücü yumşaq gücdür. Onun hərbi-strateji gücə çevrilməsi üçün isə hələ zaman lazımdır. Azərbaycanla imzalanmış müqavilədə adı keçən Romçi şəhəri və Naxçıvanın qarşılaşdırılması təsadüfi deyil.

Azərbaycan türk dünyasının lider ölkəsidir və bunun göstəricisi kimi, dövlət protokolunda orada yaşayan uyğurların adı qeyd edildi. Bu, çox strateji bir addım oldu. Naxçıvanın adının sənəddə yer alması isə Zəngəzur məsələsinə bir işarə idi.” Analitik vurğulayıb ki, yaxın vaxtlarda bölgəmizdə xüsusi fəallığın şahidi olacağıq: “Bunun davamında iqtisadi və humanitar münasibətlərin də inkişaf edəcəyi gözlənilir. Azərbaycanda Çin dilinə ciddi investisiyalar qoyulmalıdır. Biz yaxın gələcəkdə həm Çin turistlərini, həm də Çin texnologiyalarını ölkəmizdə görəcəyik. Bu, bizim üçün açılan böyük bir bazardan xəbər verir və bu sahədə gözləntilərimiz yüksəkdir.”

author picture
Ajans muxbir
Mövzular:
ÇİN AZƏRBAYCAN ƏZİZ ƏLİBƏYLİ

Digər Xəbərlər