Reklam resmi
Reklam resmi

Ata maşını aşırdı - Oğlu öldü

Ata maşını aşırdı - Oğlu öldü
Hadisə

Qubada sərnişinin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Ajans.az xəbər verir ki, hadisə rayonun Susay kəndində baş verib.

Belə ki, Ədilov Bayaz Sabir oğlu idarə etdiyi “VAZ-21010” markalı avtomobil ilə hərəkətdə olan zaman idarəetməni itirməsi nəticəsində avtomobil aşıb. Hadisə nəticəsində avtomobildə olan sərnişinlərdən Ədilov Nahid Bayaz oğlu aldığı xəsarətlərdən hadisə yerində ölüb, Məmmədov Qadir, Daşdəmirov Rəvan və Ədilov Rafiq müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

Mövzular:
ata oğul ölüm qəza

Digər Xəbərlər