Reklam resmi
Reklam resmi

Yeniyetmələr arasında dava məktəbdə olmayıb - RƏSMİ

Yeniyetmələr arasında dava məktəbdə olmayıb - RƏSMİ
Cəmiyyət

Gəncə şəhər Ə.Cavad adına 2 nömrəli tam orta məktəbin şagirdləri arasında məktəbdənkənar ərazidə mübahisə yaranıb.

Bu barədə Ajans.az-ın sorğusuna cavab olaraq Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən məlumat verilib.

Mübahisə zamanı şagirdlərdən biri digərinə xəsarət yetirib. 

Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Qeyd olunanlarla yanaşı, stressin idarə olunması, sağlam psixoloji mühitin bərpasını təmin etmək məqsədilə müvafiq profilaktik tədbirlər aparılır. Şagirdlərin psixoloji durumu məktəb rəhbərliyi və regional idarə tərəfindən izlənilir

Mövzular:
dava Yeniyetmələr Gəncə şagirdlər məktəb

Digər Xəbərlər