Baş Notarius VƏZİFƏSİNİ İTİRDİ - Anar Süleymanov İŞDƏN AZAD EDİLDİ
Ajans.az-ın əldə etdiyi Ədliyyə Nazirliyinin Notariat İdarəsinin rəisi - Ədliyyə Nazirliyinin Ədliyyə sahəsində xidmətlər Baş İdarəsinin rəis müavini Anar Bahadır oğlu Süleymanov işdən azad olunub.
Xatırladaq ki, Ədliyyə Naziri Fərid Əhmədov 2024-cü ilin aprel ayında Anar Süleymanov bu vəzifəyə təyin etmişdi.
Məsələ ilə bağlı Ədliyyə Nazirliyindən sorğumuza cavab olaraq bildirdilər ki, Ədliyyə Nazirliyinin Notariat, qeydiyyat və reyestr baş idarəsinin rəis müavini Anar Süleymanov 14 aprel tarixindən öz ərizəsi ilə tutduğu vəzifədən azad edilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mövzular: