Reklam resmi
Reklam resmi

Kanye Uest onunla yenidən bir araya GƏLDİ

Kanye Uest onunla yenidən bir araya GƏLDİ
Şou Biznes

Amerikalı reper Kanye Uest avstraliyalı dizayner Bianca Censori ilə ayrılıq xəbərindən sonra özünün fotosunu paylaşıb.

Ajans.az xəbər verir ki, onun X səhifəsindəki müvafiq foto TMZ nəşri tərəfindən diqqət çəkib.

Yayımlanan fotoda musiqiçinin həyat yoldaşı ilə birlikdə olduğu əks olunub. Belə ki, Uest dəri şalvarda və böyük ölçülü kapüşonlu gödəkçədə, Censori isə gümüşü body və hündür dəri çəkmədə kamera qarşısına keçib.

Portalın jurnalistləri xatırladıblar ki, cümə günü, aprelin 18-də cütlük “Indian Fusion Cala d'Or Indian” restoranında görüntülənib. Hadisə şahidlərinin sözlərinə görə, sevgililər arasında heç bir gərginlik olmayıb. Axşam boyu gülümsəyiblərr və gülüblər.

Bundan əvvəl Kanye Uest Bianca Censori-dən ayrıldığını açıqlamışdı. Yeni trekdə reper sosial şəbəkədəki sərt açıqlamaları fonunda həyat yoldaşının onu panik ataklarına görə tərk etdiyini etiraf edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

author picture
Ajans_az Muxbir
Mövzular:
Kanye Uest Bianka Barışdılar

Digər Xəbərlər