Hidayət Heydərov millinin heyətindən çıxarıldı
Avropa çempionatında çıxış edəcək milli komandamızın heyətində dəyişiklik olub.
“Ajans.az” xəbər verir ki, Olimpiya, dünya və dördqat Avropa çempionu Hidayət Heydərov xəstələndiyi üçün həkimlərin qərarı ilə heyətdən çıxarılıb.
Qeyd edək ki, cüdo üzrə böyüklər arasında Avropa çempionatı 23–27 aprel tarixlərində Monteneqroda keçiriləcək. Mötəbər turnirdə ölkəmizi 15 cüdoçu (9 kişi, 6 qadın) təmsil edəcək.
Mövzular: