Tramp başsağlığı verdi
ABŞ prezidenti Donald Tramp Papa Fransiskin ölüm xəbərinə reaksiya verib.
Ajans.az xəbər verir ki, Tramp bu barədə öz bloqunda yazıb.
"Nur içində yat, Papa Fransisk! Allah ona və onu sevənlərin hamısına rəhmət eləsin!" - ABŞ prezidenti yazıb.
Qeyd edək ki, Roma Papası Fransisk 2025-ci il aprelin 21-də vəfat edib.O, uzun müddət davam edən xəstəlikdən sonra dünyasını dəyişib. Eyni zamanda bir sıra xarici KİV-lər Fransiskin insultdan dünyasını dəyişdiyini yazıb. Bu məlumatın rəsmi təsdiqi yoxdur. Bununla belə, Vatikan Papanın dəfn mərasiminin sadələşdirilmiş formatda keçiriləcəyini açıqlayıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mövzular: