Dünya bu qızdan danışır: 25-ci mərtəbədən yıxıldı, sağ qaldı - FOTO
Şimali Çinin Tanşan şəhərində 9 yaşlı qız 25-ci mərtəbədən yıxılaraq sağ qalıb və sosial mediada gündəm olub. Qız pəncərəni açarkən tarazlığını itirərək 18 mərtəbə aşağıdakı platformaya düşüb. Hadisə martın 27-də baş verib.
Ajans.az dünya mediasına istinadən bildirir ki, ailə onu ilk anlarda tapa bilməyib, lakin binanın 7-ci mərtəbəsində yaşayan bir sakin onu taparaq əmlak idarəsinə məlumat verib. Qız düşdükdən sonra bir neçə addım atıb, sonra yerə uzanıb.
Ağır yaralanan uşaq dərhal Pekinə aparılıb. Həkimlər onun qollarında, döş fəqərələrində və üzündə sınıqlar aşkarlayıb, lakin beyin zədəsi olmayıb. Bir neçə əməliyyatdan sonra qız xəstəxanadan çıxarılıb.
Ailəsi bu hadisəni "möcüzə" adlandırıb və qızlarının sağ qalmasını Tanrının müdaxiləsi kimi qiymətləndirib. Hadisə sosial mediada gündəm olub.
