Reklam resmi
Reklam resmi

İran-ABŞ danışıqları BAŞLADI

İran-ABŞ danışıqları BAŞLADI
Siyasət

İtaliyanın paytaxtı Romada İran və ABŞ nüvə danışıqlarının ikinci mərhələsinə başlayıblar.

Ajans.az xəbər verir ki, bu barədə IRIB telekanalı məlumat yayıb.

İran nümayəndə heyətinə xarici işlər naziri Abbas Əraqçi, Amerika komandasına isə ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Vitkoff başçılıq edir. Danışıqların Oman səfirinin iqamətgahında aparıldığı bildirilir.

Aprelin əvvəlində Omanın vasitəçiliyi ilə nüvə sazişi üzrə ABŞ-İran danışıqları Maskatda başa çatıb. İran Xarici İşlər Nazirliyinin məlumatına görə, Vitkoff və Araqçi görüş yerini tərk edərkən “bir neçə dəqiqəlik şəxsən ünsiyyət qurublar”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

author picture
Ajans_az Muxbir
Mövzular:
İtaliya İran ABŞ Danışıqları Mərhələ

Digər Xəbərlər