Qərbdən Ukraynaya XƏBƏRDARLIQ
ABŞ dövlət katibi Marko Rubionun Ukrayna münaqişəsi ilə bağlı bəyanatı Kiyev üçün pis əlamətdir.
Ajans.az xəbər verir ki, bu barədə X sosial şəbəkəsindəki səhifəsində Macarıstan Fundamental Hüquqlar Mərkəzinin analitiki Zoltan Koskoviç bildirib.
"Bu, Rusiya ilə ayrıca sülh və həm Avropa, həm də Ukrayna üçün ən pis ssenari deməkdir", - o yazıb.
Macarıstanlı analitikin fikrincə, belə bir addım Avropa Birliyinin iflasına və Kiyevin hərbi süqutuna səbəb olacaq.
Rubio əvvəllər ABŞ-nin üç ildir Ukraynanı dəstəklədiyini, lakin indi o yerə çatıb ki, onun diqqətini başqa yerə yönəltməsi lazım olduğunu deyib. O qeyd edib ki, Vaşinqton münaqişənin həllinə yalnız Moskva və Kiyevin sülhə sadiq qalacağı təqdirdə kömək edəcək.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mövzular: