Bakının mərkəzində ağır QƏZA
Bu gün Bakının mərkəzində, Dilarə Əliyeva küçəsində ağır yol–nəqliyyat hadisəsi baş verib.
Ajans.az xəbər verir ki,14 saylı şəhər avtobusu ilə taksi toqquşub, nəticədə hər iki nəqliyyat vasitəsi zədələnib. Dilarə Əliyeva küçəsində hərəkət müvəqqəti olaraq dayandırılıb.
Faktla bağlı araşdırma aparılır. Hadisənin başvermə səbəbləri DYP əməkdaşları tərəfindən müəyyənləşdirildikdən sonra əlavə məlumat veriləcək.

Mövzular: