Reklam resmi
Reklam resmi

Bəzi çaylarda suyun səviyyəsi artıb

Bəzi çaylarda suyun səviyyəsi artıb
Cəmiyyət

Çaylarda müşahidə olunan faktiki hidroloji vəziyyət açıqlanıb.

Ajans.az xəbər verir ki, Kiçik Qafqaz ərazisindən axan Kürəkçayda 5 sm, Qarabağ və Şərqi Zəngəzur bölgəsindən axan Tərtərçay-Vəngdə 10 sm, Tutqunçayda 7 sm, Tərtərçay-Kəlbəcərdə 5 sm artım qeydə alınıb.

Kür çayının aşağı axınında Kür-Zərdab məntəqəsində 17 sm artım, su sərfi 641 m3/san, normanın 207%, Kür-Surrada 32 sm artım, su sərfi 461 m3/san, normanın 63%-ni, Kür-Şirvanda 38 sm, Kür-Salyanda 70 sm, Kür-Bankədə 36 sm artıb.

Transsərhəd çaylarında Qanıx çayı 2 sm artıb, su sərfi 255 m3/san normanın 152%-ni təşkil edir.

Mövzular:
suyun səviyyəsi çay Qafqaz ərazisi Qarabağ Şərqi Zəngəzur

Digər Xəbərlər