Rusiya hava limanı fəaliyyətini BƏRPA ETDİ
Saratovdakı Qaqarin hava limanında uçuş məhdudiyyətləri aradan qaldırılıb.
Ajans.az xəbər verir ki, bu barədə Rosaviasiya nümayəndəsi Artem Korenyako öz Telegram kanalında məlumat verib.
Hava limanı Moskva vaxtı ilə saat 07:50-də uçuşları qəbul edib göndərməyə başlayıb. Məhdudiyyətlər mülki təyyarələrin uçuşlarının təhlükəsizliyini təmin etmək məqsədilə tətbiq edilib.
Bundan əvvəl Şimali Osetiyada “Xalça” planı tətbiq edilib. Bölgədə pilotsuz uçuş aparatları (PUA) üçün də fövqəladə vəziyyət elan edilib və Vladiqafqaz hava limanı təyyarələrin qəbulu və yola salınması üçün bağlanıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mövzular: