Reklam resmi
Reklam resmi

Bu xəstəliyin yaşı gəncləşir– TƏHLÜKƏ!

Bu xəstəliyin yaşı gəncləşir– TƏHLÜKƏ!
Cəmiyyət

Son vaxtlar panik atak və depressiya kimi psixoloji pozuntuların yaşı sürətlə gəncləşir.

Mövzu ilə bağlı Ajans.az-a danışan psixoloq Gülnar Orucova bildirib ki, bu vəziyyətin əsas səbəblərindən biri valideynlərin uşaqlara yönəltdiyi yüksək gözləntilər və psixoloji təzyiqlərdir:

‘’Valideynlər bəzən övladlarından mükəmməllik gözləyir, onların hər bir işi qüsursuz görməsini, heç bir səhv etməməsini tələb edirlər. Səhv etdiyi zaman isə uşağa cəza verirlər. Bu yanaşma davamlı stressə, nəticədə isə psixoloji pozuntulara səbəb olur.

Bu cür vəziyyətlərdə uşaqlarda və gənclərdə obsesiv-kompulsiv pozuntu (OKP) meydana çıxa bilər. Bu zaman davranışlar dəyişir – məsələn, uşaq davamlı olaraq əllərini yuyur, eyni hərəkətləri təkrarlayır. Daha ağır hallarda bu, panik atakla müşayiət oluna bilər.

Gənclər arasında hər şeyin dərhal və problemsiz həll olunmasını istəmək də psixoloji gərginliyi artırır. Panik atak yaranan zaman əsas məsələ onun səbəbini düzgün müəyyənləşdirmək və daha sonra dəqiq diaqnoz qoymaqdır. Belə hallarda mütləq şəkildə psixoloq dəstəyinə ehtiyac var’’.

author picture
Ajans muxbir
Mövzular:
PANİK ATAK GÜLNAR ORUCOVA STRESS

Digər Xəbərlər