Reklam resmi
Reklam resmi

"Telegram"ın təsisçisinin istintaqından YENİLİK - TƏFƏRRÜAT

\"Telegram\"ın təsisçisinin istintaqından YENİLİK - TƏFƏRRÜAT
Dünya

Fransada Pavel Durovla bağlı istintaq davam edir, lakin işlər daha yaxşı gedir. 

Ajans.az xəbər verir ki, bunu “Telegram”ın təsisçisinin hüquq müdafiəçisi David-Olivier Kaminski RİA Novosti ilə söhbətində deyib.

"Xeyr, iş bağlanmayıb. Amma işlər getdikcə yaxşılaşır, daha yaxşı gedir", - Durovun vəkili yekunlaşdırıb. O, həmçinin milyarderin məhkəmə baxışının dayandırıldığını və hazırda messencerin təsisçisinin Fransa ədliyyə sistemi ilə heç bir probleminin olmadığını xatırladıb. Lakin vəkil Durovun dəqiq harada olduğunu deməkdən imtina edib.

Yada salaq ki, Durov 2024-cü ilin avqustunda Paris hava limanında həbs edilib.Qeyd edilir ki, həbsə səbəb Fransa xüsusi xidmət orqanları ilə əməkdaşlıqdan imtina etməsi olub. Milyarder bir neçə ay ev dustaqlığında yatıb və 2025-ci ilin martında məhkəmə Fransadan çıxmaq qadağasını ləğv edib.

Daha əvvəl rus mətbuatı məlumat vermişdi ki, Durov BƏƏ-yə qayıtmasına təsirli sözlərlə cavab verib. Durov əslən Sankt-Peterburqdan olsa da, məhz bu ölkəni öz evi hesab edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

author picture
Ajans_az Muxbir
Mövzular:
Pavel Durov Telegram Təsisçi İstintaq

Digər Xəbərlər