“Seldən zərər çəkənlər MÜAVİNƏT ALA BİLƏR”- AÇIQLAMA
Son günlər ölkənin bir sıra bölgələrində baş verən güclü leysan yağışları yaşayış evlərinə və obyektlərə ciddi ziyan vurub.
Bu yöndə ictimaiyyəti bir sıra suallar maraqlandırır.
Maraqlıdır, bu zərərin ödənilməsi kim tərəfindən və hansı mexanizmlərlə həyata keçiriləcək?
Milli Məclisin Sosial siyasət komitəsinin sədri Musa Quliyev məsələ ilə bağlı Ajans.az-a açıqlamasında bildirib ki, zərərin ödənilməsi ilə bağlı hökümətin müvafiq proqramı var və tədbirlər görəcəkdir:

Bu səbəbdən hər bir şəxs yaşayış yerini, biznes mülkiyyətini, mal-qarasını belə sığortalamalıdır ki, dəyən zərər ödənilsin''.
Deputat vurğulayıb ki, belə hallarda dövlət ictimai mülkiyyətə, infrastruktura öz maddi imkanını göstərməlidir:
''Məsələn, yol dağılanda və yaxud hansısa məktəbə, xəstəxanaya zərər dəydikdə bu artıq hökümətin görəcəyi işdir. Əslində bunlarda sığorta olunmalıdır və olunur. Qalan halda vətəndaşlarımız sığorta mədəniyyətinə yiyələnməlidirlər. Amma eyni zamanda yerli icra hakimiyyətinin, strukturların müəyyən imkanı varsa, vətəndaşlara kompensasiya müavinət verilə bilər''.
Mövzular: