Reklam resmi
Reklam resmi

Bu, Bakıda çox çətindir, paytaxt DƏYİŞMƏLİDİR - Deputat

Bu, Bakıda çox çətindir, paytaxt DƏYİŞMƏLİDİR - Deputat
Cəmiyyət

"Paytaxtda yaranan problem infrastruktur məsələsi ilə bağlıdır, yağış sularının axıdılması üçün kanalizasiya sisteminin lazımi səviyyədə qurulmamasına görədir".

Bunu Ajans.az-a açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa deyib. O bildirib ki, artıq Bakıda bu işlərin görülməsi çox çətindir:

"Bunu artıq dəfələrlə səsləndirmişik. Biz paytaxtın köçürülməsi ilə bağlı təşəbbüs göstərdik, amma hələ buna reaksiya yoxdur. Hesab edirəm ki, bu çox ağır bir prosesdir və hər halda bunun üzərində düşünmək lazımdır. Çünki hər dəfə körpülərin altı su ilə dolanda, həm insanların iş rejimi pozulur, həm də müəyyən təhlükə ilə qarşı-qarşıya qalırlar.

Düzdür, təbii fəlakətlər hər ölkədə olur. Amma biz çalışmalıyıq ki, ara-sıra bunlar olursa, ciddi fasadları olmasın, bunu təmin edə bilək. Bu istiqamətdə görülən işlərin tam effekti yoxdur və bu məsələdə ziyan vətəndaşlara dəyir. Ümid edirəm ki, qarşıdakı müddətdə bu kimi hadisələrin qarşısının alınması üçün ciddi işlər görüləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

author picture
Cavidan Mirzəzadə
Mövzular:
paytaxt bakı fazil mustafa deputat

Digər Xəbərlər