Reklam resmi
Reklam resmi

Leysan bəhanə oldu- Taksilər BAHALAŞDI

Leysan bəhanə oldu- Taksilər BAHALAŞDI
Cəmiyyət

Paytaxtda leysan yağışları səbəbindən taksi xidmətlərinin qiymətində ciddi artım müşahidə olunur.
Əvvəl 8-10 manata gedilən marşrutlar indi 25-30 manata, bəzi istiqamətlər üzrə isə 40-45 manata başa gəlir. Taksi tapmaq da çətinləşib – sərnişinlər 20-25 dəqiqə gözləməli olurlar. Məsələni dəyərləndirən iqtisadçı ekspert, Natiq Cəfərli Ajans.az‑a açıqlamasında bildirib ki, Azərbaycanda taksi xidmətinin qiymətləri dövlət tərəfindən tənzimlənmir, yalnız bazar qaydalarına əsaslanır:

‘‘Problem ondadır ki, son zamanlar ölkədə taksi xidmətinə ciddi tələblər qoyulduğuna görə fəaliyyət göstərən taksilərin sayı azalıb. Xüsusilə Bakı şəhərində taksi sayı 15-20 min ədəd azalıb. Belə olan halda isə qiymət artımı qaçılmazdır.
Bu, iqtisadiyyatın qızıl qanunlarından biridir. Təklif azalırsa, tələb isə əvvəlki səviyyədə qalır və ya yağışlı havalarda olduğu kimi artırsa, qiymət mütləq şəkildə bahalaşır’’.
author picture
Ajans muxbir
Mövzular:
TAKSİ BAHALAŞMA LEYSAN

Digər Xəbərlər