Dünya ulduzu kosmos turuna çıxdı - VİDEO
Dünyaca məşhur müğənni Keti Perri də daxil olmaqla məşhur adlar Amazon qurucusu Ceff Bezosun raket şirkəti ilə kosmosa yollanıb.
Ajans.az xəbər verir ki, 10 dəqiqəlik ziyarətdən sonra Keti Perri və 5 qadın kosmosdan qayıdıb. Məşhur müğənninin dünyaya ayaq basan kimi baş əyərək yer öpməsi diqqət çəkib.
"California Gurls", "Dark Horse" və "Roar" kimi hit mahnıları ilə dünya şöhrəti qazanan Keti Perri kosmos səyahəti ilə gündəmə gəlib. Perri, Blue Origin-in New Shepard raketində tamamilə qadınlardan ibarət ekipajla kosmosa çıxıb.
Dünya şöhrətli müğənni Keti Perri tamamilə qadınlardan ibarət ekipajla kosmosa gedib
NS-31 missiyası çərçivəsində "New Shepard" adlı raketlə edilən səfər 10 dəqiqə davam edib. Kosmik gəmi Yerə qayıtmazdan əvvəl təxminən 4 dəqiqə kosmosda uçub. Təxminən 100 kilometr səmaya qalxan və Karman xəttinin bir qədər yuxarısına qalxan New Shepard adlı raket səs sürətindən üç dəfə çox sürətə çatıb.
60 ildən artıq müddətdə ilk dəfə olaraq, bütün qadınlardan ibarət ekipaj kosmos missiyasında iştirak edib. Kosmosa gedən sonuncu şəxs 1963-cü ildə rus astronavt Valentina Tereşkova olub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.