Reklam resmi
Reklam resmi

Qabon yeni prezidentini seçdi

Qabon yeni prezidentini seçdi
Gündəm

Qabon Respublikasında keçirilən prezident seçkilərinin ilkin nəticələrinə əsasən, keçid dövrünün dövlət başçısı Bris Oliqi Nhema səslərin 90,35 faizini toplayaraq qalib gəlib.

 Ajans.az xəbər verir ki, bu barədə ölkəninin daxili işlər naziri Erman İmmonqo bildirib. 

Nhemanın rəqibi, keçmiş baş nazir Alain-Klod-Bili-Bi-Nze 3,02% səs toplayıb. Qeyd olunur ki, seçkilərdə səsvermə hüququ olanların 70%-dən çoxu iştirak edib.

Seçkilərin ümumilikdə sakit şəraitdə keçdiyi vurğulanır.

Digər Xəbərlər