Reklam resmi
Reklam resmi

Məşhur iş adamı və ailəsi helikopter qəzasında öldü - VİDEO

Məşhur iş adamı və ailəsi helikopter qəzasında öldü - VİDEO
Dünya

ABŞ-ın Nyu York şəhərində helikopter Hadson çayına düşüb.

Ajans.az xəbər verir ki, bu barədə Nyu York polisi məlumat verib.

Qəza nəticəsində üç nəfərin öldüyü bildirilib.

Hazırda polis və xilasetmə qayıqları hadisə yerindədir.

Hadisənin hansı səbəbdən baş verdiyi barədə məlumat verilməyib.

***

Helikopterin Hadson çayına düşməsi nəticəsində ölənlərin sayı 6-ya yüksəlib.

Məlumata görə, polis təyyarənin göyərtəsində pilot, 3 uşaq və 2 böyükdən ibarət ailənin olduğunu açıqlayıb. Ailə İspaniyadan gəlmiş turistlər olub. Helikopter qəzadan əvvəl 12 dəqiqə havada olub.

Hadisənin başvermə səbəbi araşdırılır.

***

Nyu Yorkda helikopterin çaya düşməsi nəticəsində Almaniyanın "Siemens" konserninin İspaniya üzrə filialının rəhbəri Aqustin Eskobar, onun həyat yoldaş 

Bu barədə "Nyu York Post" hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən məlumat yayıb.

Mənbə A.Eskobar və onun ailəsinin helikopterin önündən çəkilmiş son fotolarını da dərc edib.

Helikopterin pilotunun kimliyi hələ müəyyən edilməyib.

Digər Xəbərlər