Bu barədə Ajans.az-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Qeyd edək ki, Vidadi Fərzəliyev 2 sentyabr 1993-cü ildə anadan olub. Soydaşımız 2012-2024-cü illərdə Aktobedə Azərbaycan diasporunun gənclər təşkilatının sədri, 2023-cü ildən Aktobe şəhər məclisinin ictimai şurasının üzvü, 2024-cü ildən Aktobedəki Azərbaycan diasporu sədrinin birinci müavini olub. Əmək və ictimai fəaliyyətindəki nailiyyətlərinə görə Qazaxıstan dövləti tərəfindən dəfələrlə sertifikat və təşəkkürnamələrlə təltif edilib.