Reklam resmi
Reklam resmi

Səudiyyə Ərəbistanı Yer kürəsinin ən hündür göydələnini TİKƏCƏK

Səudiyyə Ərəbistanı Yer kürəsinin ən hündür göydələnini TİKƏCƏK
Dünya

Səudiyyə Ərəbistanı dünyanı heyrətləndirəcək nəhəng bir layihəyə start verir: 2,000 metr (2 km) hündürlüyündə olacaq və Dubaydakı Burc Xəlifədən iki dəfə böyük planlaşdırılan “The Rise Tower” adlı göydələnin inşası ərəfəsindədir.

Ajans.az “The Sun”a istinadən xəbər verir ki, tikinti Riyadda aparılacaq və layihənin ümumi dəyəri təxminən 5 milyard dollar olaraq qiymətləndirilir. Bu bina, krallığın “Vision 2030” proqramının bir parçası kimi təqdim olunur və ölkənin neftdənkənar iqtisadiyyata keçid strategiyasının simvolu hesab olunur.

Göydələndə yaşayış məkanları, biznes mərkəzləri, otellər və ticarət sahələri nəzərdə tutulur. İnşaatın arxasında, Burc Xəlifənin də memarları olan Adrian Smith + Gordon Gill Architecture dayanır.

Ekspertlər bu ölçüdə bir layihənin mühəndislik baxımından böyük risklər daşıdığını desələr də, Səudiyyə rəhbərliyi bu tikilini ölkənin qlobal iddialarının simvolu kimi görür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

author picture
Ajans_az Muxbir

Digər Xəbərlər