Reklam resmi
Reklam resmi

Əhaliyə XƏBƏRDARLIQ: Yeni infeksiya yayılır?

Əhaliyə XƏBƏRDARLIQ: Yeni infeksiya yayılır?
Cəmiyyət

Son günlər ölkədə əhali arasında qrip formasında xəstəlik müşahidə olunur. Əsasən baş-boğaz ağrısı, halsızlıq və s. kimi əlamətlərlə özünü göstərən bu xəstəlik insanlar arasında narahatlığa səbəb olub.

Bəs bu, mövsümi xəstəlikdir, yoxsa yeni bir infeksiya yayılıb?

Suallarımızı cavablandıran tibb elmləri doktoru, professor Adil Qeybulla Ajans.az-a verdiyi açıqlamada bildirib ki, hazırda respirator infeksiyalar müxtəlif ölkələrdə sürətlə yayılır:

“Məsələn, Fransada çikenquya virusu yayılıb. Həmçinin, ayrı-ayrı ölkələrdə iqlim təlatümləri ilə əlaqədar soyuqdəymə xəstəlikləri müşahidə edilir. Soyuqdəymə xəstəlikləri adətən virusların fəallaşması ilə baş verir. Lakin ölkəmizdə konkret olaraq hansı infeksiyanın yayılmasını yalnız həmin törədicinin identifikasiyasından sonra müvafiq strukturlar müəyyən edə bilər. Yəni, laboratoriya identifikasiyası olmadan verilən məlumat doğru hesab edilə bilməz.

Hər bir halda infeksiyadan qorunmaq üçün bir neçə qaydaya əməl etmək vacibdir. Belə ki tez-tez sabunla əllərinizi yuyaraq dezinfeksiya edin. Öskürərkən və asqırarkən ağız və burunu örtün. İctimai yerlərdə maska taxın. İnsanlardan müəyyən məsafə saxlayın. Məkanlarda havasız qalmamağa diqqət edin. Balanslı qidalanın və fiziki aktiv olun”.

author picture
Ajans muxbir

Digər Xəbərlər