Reklam resmi
Reklam resmi

ABŞ İrana təyyarədaşıyan gəmi göndərir

ABŞ İrana təyyarədaşıyan gəmi göndərir
Dünya

Amerikanın “USS Carl Vinson” təyyarədaşıyan gəmisi Malakka boğazı vasitəsilə İrana doğru hərəkət edərək Hind okeanına daxil olub.

Ajans.az xəbər verir ki, bu barədə “Newsweek” peyk məlumatlarına istinadən məlumat yayıb.

“Əslində Qərbi Sakit okeanda dislokasiya olunmuş “USS Carl Vinson” gəmisi indi Yaxın Şərqdə “USS Harry S. Truman” gəmisinə qoşulmaq üçün Hind okeanına doğru gedir”, - nəşr yazır.

Aprelin 6-da İranın Ali Rəhbəri Ayətullah Əli Xameneinin ölkənin silahlı qüvvələrini yüksək döyüş hazırlığı vəziyyətinə gətirdiyi bildirilir. Bu addımın səbəbi ABŞ-nin mümkün hücumu olub.

Bundan əvvəl Vaşinqtonun Hind okeanındakı Dieqo Qarsiya aviabazasında bir neçə “Northrop B-2 Spirit” stels bombardmançılarını yerləşdirdiyi barədə məlumatlar yayılıb. Təyyarənin İranın bunkerlərini və yeraltı nüvə obyektlərini məhv edə biləcək bomba daşıya biləcəyi bildirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

author picture
Ajans_az Muxbir

Digər Xəbərlər