Reklam resmi
Reklam resmi

"Microsoft"a qarşı ŞOK ETİRAZ: Əlləriniz qan içindədir!

\"Microsoft\"a qarşı ŞOK ETİRAZ: Əlləriniz qan içindədir!
Dünya

İsrailin Qəzzadakı soyqırımına dəstək verdiyi ortaya çıxan Microsoft şirkətinin 50 illik yubiley tədbiri diqqətçəkən etirazlara səhnə olub.

Ajans.az xəbər verir ki, şirkətin İsrail ordusuna süni intellekt dəstəyi verdiyinin məlum olması, tədbirdə iştirak edən bir sıra mühəndislərin sərt reaksiyasına səbəb olub.

Tədbirdə Microsoft-un həmtəsisçisi Bill Gates və keçmiş baş direktoru Steve Ballmer da iştirak edirdi. Mərasim zamanı tamaşaçılar arasından səhnəyə yaxınlaşan Mərakeş əsilli mühəndis İbtihal Aboussad, "Microsoft, İsrail ordusuna süni intellekt silahları satır. 50 min insan öldü və Microsoft bölgəmizdəki bu soyqırımı dəstəkləyir!" deyərək etirazını dilə gətirib.

Aboussad-ın bu çıxışı sosial mediada geniş dəstək qazanıb. Çox sayda insan onun cəsarətli addımını alqışlayıb.

Tədbirin başqa bir hissəsində, Microsoft-un süni intellekt bölməsində çalışan proqram mühəndisi Vaniya Agrawal da səhnədə çıxış edən Gates və Ballmer-a üz tutaraq "Hamınıza yazığım gəlir, siz ikiyüzlüsünüz. Əlləriniz qan içindədir!" deyə sərt şəkildə səslənib.

Bundan əlavə, bəzi Microsoft əməkdaşları da şirkətin İsrailə göstərdiyi texnoloji dəstəyə qarşı çıxdıqlarını bildiriblər.

Associated Press-in 2025-ci ilin əvvəlində apardığı araşdırma nəticəsində, Microsoft və OpenAI tərəfindən hazırlanmış süni intellekt modellərinin İsrailin Qəzza və Livanda bombalanacaq hədəfləri seçmək üçün hərbi proqramlarında istifadə edildiyi müəyyən olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

author picture
Ajans_az Muxbir

Digər Xəbərlər