Reklam resmi
Reklam resmi

İŞİD-in İraqdakı lideri və səkkiz komandiri ÖLDÜRÜLDÜ

İŞİD-in İraqdakı lideri və səkkiz komandiri ÖLDÜRÜLDÜ
Dünya

İraqda “İslam Dövləti” (İŞİD, Rusiya Federasiyasında terrorçu kimi tanınan təşkilat, fəaliyyəti qadağandır) lideri Casim əl-Mazrui Əbu Abdel Qadir ölkənin şimal-şərqində keçirilən əməliyyat zamanı məhv edilib.

Ajans.az-ın xəbərinə görə, bu barədə ölkənin baş naziri Məhəmməd əl-Sudani sosial şəbəkədə məlumat verib. O əlavə edib ki, təşkilatın “nüfuzlu” səhra komandirləri olan digər səkkiz yüksək vəzifəli üzvü də öldürülüb.

"Həmrin bölgəsindəki əməliyyat zamanı biz əvvəllər özünü "İraqın hökmdarı " elan edən bir İD yaraqlısını məhv etdik", - əl-Sudani yazıb.

Siyasətçi əlavə edib ki, İraq terrorçularla fəal mübarizəni davam etdirəcək və ölkə onlardan təmizlənməyincə dayanmayacaq. Onun sözlərinə görə, silahlılar təqib edilərək məhv ediləcək.

Mövzular:
İŞİD Əməliyyat

Digər Xəbərlər