Reklam resmi
Reklam resmi

Bəzi ərazilərdə qaz olmayacaq

Bəzi ərazilərdə qaz olmayacaq
Gündəm
1831

“Zabrat-Buzovna-Türkan” magistral qaz kəmərində, Xəzər rayonu, Binə qəsəbəsində, Suraxanı rayonu, Əmircan qəsəbəsində görüləcək təmir işləri ilə əlaqədar 03.04.2025-ci il saat 09:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Ajans.az xəbər verir ki, bununla bağlı “Azəriqaz” İB məlumat yayıb.

Bildirilib ki, qaz təchizatı dayandırılan müddətdə Binə qəsəbəsinin (11H saylı sahə), Əmircan qəsəbəsinin (A.Rzayev küçəsi), “Mərdəkan Bağları”, “Stansiya-Qala” və “Mərdəkan yeni yaşayış” massivlərinin istehlakçılarının qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Digər Xəbərlər