Aysundan ŞOK AÇIQLAMA: ''İnsan bir neçə dəfə sevə bilər''
Həyat yoldaşından boşanma xəbəri ilə gündəmə gələn müğənni Aysun İsmayılova, “Rəngarəng” verilişində verdiyi açıqlama ilə yenidən müzakirə mövzusuna çevrilib. Ajans.az xəbər verir ki, Aysun İsmayılova insanın bir neçə dəfə sevə bilməsinin mümkün olduğunu deyib:
“İnsan bir neçə dəfə sevə bilər. Ruh əkizini tapana qədər insan zənn edir ki, bu odur. Amma sonra görürsən ki, o deyilmiş. İnsan ruh əkizini tapana qədər axtarışda olur. Yəni, axtardığın adam o deyilsə, deməli, sevməmisən.”
Zaur Nəbioğlunun Aysun neçə dəfə sevib sualına isə müğənni cavab verməyib:
“Ay qardaş, mənim bu mövzularda işim yoxdur, qoy gedim oturum.”