Malayziyada qaz kəməri partladı: 100-dən çox yaralı -VİDEO
Malayziyanın Subanq Caya şəhərində qaz kəmərində güclü partlayış baş verib.
Ajans.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 112 nəfər yaralanıb, onlardan 63-ü xəstəxanaya yerləşdirilib.
Xatırladaq ki, aprelin 1-də səhər saatlarında Subanq Caya şəhərində qaz kəmərində güclü yanğın başlayıb, yanğına səbəb qaz kəmərində baş verən sızma olub. Hadisə nəticəsində can itkisi yoxdur.
Mövzular: