Blogerə "Bakı Metropoliteni"ndə VƏZİFƏ VERİLDİ
Bloqer Cavid Nəsrullah "Bakı Metropoliteni" QSC-də vəzifəyə təyin edilib.
Ajans.az xəbər verir ki, o, QSC-də Kommunikasiya departamentinin sədrinə müavin təyin olunub.
Qurumun mətbuat katibi Bəxtiyar Məmmədov məlumatı Oxu.Az-a təsdiqləyib.
Qeyd edək ki, o, "Azerfon" (Nar), "Gilan Holding"in müxtəlif şirkətlərində rəhbər vəzifələrdə və "Azərbaycan Dəmir Yolları" QSC-də çalışıb.