Yasamalda evlər QANUNSUZ SÖKÜLÜB
Yasamal rayonu, Alatava qəsəbəsində tikinti işi aparan şirkət sakinlər evdə olduğu halda tikilinin bir hissəsini dağıdıb.
Bu barədə görüntülər yayılıb
️DİN Mətbuat Xidmətinin bölmə rəisi Nurlan Əliyev Ajans.az-a bildirib ki, söküntü ilə bağlı ərazi polis orqanına daxil olan müraciət əsasında hazırda araşdırma aparılır:
"Söküntü dayandırılmaqla tikinti şirkətinin nümayəndəsi polis bölməsinə dəvət olunub. Araşdırma davam etdirilir".
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.