Reklam resmi
Reklam resmi

İlon Mask Marsa robot göndərəcək

İlon Mask Marsa robot göndərəcək
Dünya

“SpaceX” şirkəti gələn il Marsa robot göndərəcək.

Ajans.az xəbər verir ki, bu barədə amerikalı iş adamı, milyarder İlon Mask sosial media hesabında paylaşım edib.

O qeyd edib ki, “Starship” raketi 2026-cı ildə Marsa uçacaq və göyərtədə insanabənzər robot “Tesla Optimus” olacaq.

Maskın sözlərinə görə, hər şey planlaşdırıldığı kimi uğurla başa çatarsa, 2029-cu ildə Marsa insanların da göndərilməsinə başlamaq olar.

Xatırladaq ki, daha bu il “Starship” iki uğursuz buraxılış həyata keçirib. Sonuncu dəfə martın 6-da raket startda dərhal sonra partlayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Digər Xəbərlər