Reklam resmi
Reklam resmi

"Ukraynanın tərksilah olunmasına qarşıyıq" - Fransa

\"Ukraynanın tərksilah olunmasına qarşıyıq\" - Fransa
Dünya

Fransanın müdafiə naziri Sebastien Lekornu Ukraynanın istənilən tərksilahını rədd edəcəklərini bildirib.

Ajans.az xəbər verir ki, nazir Lekornu, Hollandiyanın müdafiə naziri Ruben Brekelmans, Avropa və NATO ölkələrinin baş qərargah rəisləri, müxtəlif ölkələrin yüksək səviyyəli hərbi rəsmiləri və bu sahə üzrə ekspertlərin iştirakı ilə paytaxt Parisdəki Hərbi Məktəbdə Paris Müdafiə və Strategiya Forumu keçirilir.

Avropada strateji inkişaflar, texnoloji transformasiyalar, müdafiə sahəsində əməkdaşlıq və Ukraynanın Avropa müdafiə sektoruna daxil edilməsi kimi məsələlərin müzakirə olunacağı forum martın 13-dək davam edəcək.

Nazir Lecornu forumun açılışındakı çıxışında dünyanın yeni bir dövrə qədəm qoyduğuna diqqət çəkərək, "Artıq Soyuq Müharibə dövründə deyilik, lakin sülhün gətirdiyi qazanclar dövründə də deyilik. Tərifi çətin olan bir dövrə girdik"- deyə bildirib.

Fransalı nazir vurğulayıb ki, avropalılar öz təhlükəsizlik və müdafiə strategiyalarını başqalarının ixtiyarına verə bilməzlər.

Forumda Ukraynanın gələcək ordusunun necə olmasının da müzakirə olunacağını qeyd edən Lecornu qeyd edib:

“Biz birinci təhlükəsizlik zəmanətinin Ukrayna ordusu olması prinsipi ilə hərəkət etməliyik və Ukraynanın istənilən tərksilahını rədd edəcəyik”.

author picture
Cavidan Mirzəzadə

Digər Xəbərlər