Reklam resmi
Reklam resmi

Heç kim Almaniyanın nüvə silahı əldə etməsinə icazə verməyəcək - RUSİYA

Heç kim Almaniyanın nüvə silahı əldə etməsinə icazə verməyəcək - RUSİYA
Dünya

Rusiyanın Vyanadakı beynəlxalq təşkilatlardakı nümayəndəsi Mixail Ulyanov bildirib ki, heç kim Almaniyanın nüvə silahı əldə etməsinə icazə verməyəcək.

Ajans.az xəbər verir ki, diplomat alman siyasətçilərinin Berlinin öz nüvə silahını əldə etməsinə ehtiyac olması barədə sözlərini belə şərh edib:

“Düşünürəm ki, hər yerdə, o cümlədən Almaniyada və başqa yerlərdə dəli insanlar var. Əlbəttə, bu, axmaqlıqdır, heç kim Almaniyanın nüvə silahı əldə etməsinə icazə verməyəcək; Nə biz, nə amerikalılar, nə də ümumiyyətlə nüvə silahının yayılmaması rejimi buna imkan verməyəcək. Belə şeyləri ciddi qəbul etməməlisiniz”.

Almaniya hazırkı ABŞ prezidenti Donald Trampın siyasətinə görə özünün nüvə silahını yaratmağa çağırıb. “Spiegel” jurnalı qeyd edir ki, Almaniya hakimiyyəti Rusiya ilə əməkdaşlığa başlayan Amerika liderinin siyasətindən məyusdur.

Buna əsaslanaraq Almaniya hakimiyyəti hesab edir ki, ABŞ-yə artıq etibar etmək olmaz və onlar öz təhlükəsizlik zəmanətlərini yaratmalıdırlar.

author picture
Ajans_az Muxbir
Mövzular:
Almaniya Rusiya Nüvə

Digər Xəbərlər