37 yaşlı forvard zədəli olmasa da, baş məşqçi Xavyer Maskerano ona daha bir neçə günlük istirahət şansı verib. Mütəxəssis Messinin sağlamlığını riskə atmaq istəmir.

Ulduz futbolçu fevralın 26-da “Sportinq Kanzas Siti” ilə matçda əzələ narahatlığı yaşayıb. Messi martın 3-də "İnter Mayami"nin "Hyuston Dinamo" ilə oyununda (4:1) da iştirak etməyib.

Qeyd edək ki, "İnter Mayami" - "Kavaliers" matçı Bakı vaxtı ilə bu gecə saat 03:00-da başlayacaq. Messi cari mövsüm komandası ilə 3 görüşə çıxıb, 2 qol vurub və 2 qolun ötürməsini verib.