Reklam resmi
Reklam resmi

"Facebook" səhifələrinə TƏHLÜKƏ – Linklərə keçid etməyin!

\"Facebook\" səhifələrinə TƏHLÜKƏ – Linklərə keçid etməyin!
Cəmiyyət

Son günlər sosial şəbəkə istifadəçiləri "Facebook" səhifələrinin mesaj bölməsinə "Səhifəniz təhlükə altındadır, bağlamaq məcburiyyətindəyik, şikayət üçün bu linkə keçid edin" şəklində mesajlar alır.

Ajans.az xəbər verir ki, ən çox bu cür mesajlar "Facebook dəstək qrupu" adı ilə göndərilir. Jurnalist Sərdar Məmmədovun verdiyi məlumata görə, istifadəçilər qətiyyən həmin linklərə keçid etməməlidir. Çünki "Facebook" hər hansı səhifə ilə bağlı xəbərdarlıq göndərərkən bunu sistem üzərindən, bildiriş şəklində edir və heç vaxt şəxsi mesaj vasitəsilə göndərmir. Bu cür mesajlar, istifadəçilərin məlumatlarını oğurlamaq məqsədini güdür.

author picture
Ajans muxbir

Digər Xəbərlər