Ceyhun Bayramov Avropa İttifaqının vitse-prezidenti ilə DANIŞDI
Fevralın 28-də xarici işlər naziri Ceyhun Bayramov ilə Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas arasında telefon danışığı aparılıb.
Ajans.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyindən bildirilib.
Qeyd edilib ki, telefon danışığı zamanı, Azərbaycan və Aİ münasibətlərinin hazırkı durumu və perspektivləri nəzərdən keçirilib, regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.
Telefon danışığı zamanı tərəflər həmçinin qarşılıqlı maraq doğuran digər mövzular ətrafında fikir mübadiləsi aparıblar.