Fırıldaqçılar Jerar Depardyenin adına kredit götürdülər
Fransız aktyor Jerar Depardye dələduzluğa məruz qalıb.
Ajans.az xəbər verir ki, rus fırıldaqçılar aktyorun adına banklarln birindən mikrokredit götürüblər.
Məlumata görə, 76 yaşlı Depardye hazırda mikromaliyyə təşkilatına faizləri nəzərə almasaq, 5 min rubl ( 96 azn) məbləğində borcludur.
İddia olunur ki, Rusiya vətəndaşlığı olan sənətçi yeni dələduzluq sxeminin qurbanına çevrilib. Voronejdən olan fırıldaqçılar 2024-cü ilin fevralında aktyorun pasport məlumatlarından istifadə edərək kredit götürə biliblər.
Mövzular: