Reklam resmi
Reklam resmi

Ukrayna Krımı vurmağa cəhd etdi

Ukrayna Krımı vurmağa cəhd etdi
Dünya

Ukrayna Silahlı Qüvvələri (AFU) Krıma zərbə endirməyə cəhd edib.

Ajans.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi özünün Telegram kanalında məlumat yayıb.

Hücuma cəhd Moskva vaxtı ilə saat 10:30 radələrində baş verib. Daha sonra hava hücumundan müdafiə sistemləri yarımadanın üzərində bir pilotsuz uçuş aparatını vurub.

Fevralın 28-nə keçən gecə Ukrayna Silahlı Qüvvələri Rusiya ərazisinə 22 pilotsuz uçan aparatı buraxaraq, onları beş regionda məhv edib, Müdafiə Nazirliyi bildirir. Səkkiz pilotsuz təyyarə Oryol vilayəti ərazisi üzərində, yeddi PUA Kursk vilayəti ərazisi üzərində, dördü isə Bryansk vilayəti üzərində məhv edilib. Bundan əlavə, Smolensk vilayətində pilotsuz uçan aparatın qəzaya uğraması və partlaması ilə bağlı məlumatlar yayılıb.

author picture
Ajans_az Muxbir
Mövzular:
Ukrayna Krım Zərbə

Digər Xəbərlər