Reklam resmi
Reklam resmi

Mourinyo "Qalatasaray"la oyundakı hərəkətinə görə cəzalandı

Mourinyo \"Qalatasaray\"la oyundakı hərəkətinə görə cəzalandı
Gündəm

"Qalatasaray"ın baş məşqçisi Okan Buruk 1, "Fənərbağça"nın çalışdırıcısı Joze Mourinyo isə 4 oyunluq cəzalandırılıb.

Ajans.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının (TFF) İntizam Komitəsi qərar qəbul edib.

Məlumata görə, hər iki baş məşqçi İstanbul derbisindəki davranışlarına görə diskvalifikasiya edilib. Eyni zamanda, "Fənərbağça"nın qarşıdakı iki səfər oyununu azarkeşsiz keçirməsi qərara alınıb.

Qeyd edək ki, "Qalatasaray" və "Fənərbağça" arasında keçirilən oyunda hesab açılmayıb.

Digər Xəbərlər