Reklam resmi
Reklam resmi

Qvineya Prezidentinin rəsmi qarşılanma mərasimi

Qvineya Prezidentinin rəsmi qarşılanma mərasimi
Cəmiyyət

Azərbaycan Respublikasında rəsmi səfərdə olan Qvineya-Bisau Respublikasının Prezidenti Umaru Sisoku Embalonun fevralın 27-də rəsmi qarşılanma mərasimi olub.

Ajans.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Qvineya-Bisau Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

    Azərbaycan Prezidenti İlham Əliyev Qvineya-Bisau Prezidenti Umaru Sisoku Embalonu qarşıladı.

    Fəxri qarovul dəstəsinin rəisi Qvineya-Bisau Prezidentinə raport verdi.

    Qvineya-Bisau Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirildi.

    Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Qvineya-Bisau Prezidenti Umaru Sisoku Embalonun qarşısından keçdi.

    Dövlət başçıları rəsmi foto çəkdirdilər.

    Digər Xəbərlər