Reklam resmi
Reklam resmi

Ərdoğan NATO baş katibi ilə danışdı

Ərdoğan NATO baş katibi ilə danışdı
Gündəm

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun baş katibi Mark Rutte ilə telefon danışığı aparıb.

 Ajans.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsindən bildirilib.

Məlumata əsasən, söhbət zamanı regional və qlobal məsələlər müzakirə olunub.

Prezident Ərdoğan Türkiyənin Ukrayna ilə Rusiya arasındakı müharibənin sona çatması səy göstərdiyini və bundan sonra da üzərinə düşəni etməyə davam edəcəyini bildirib.

Dövlət başçısının sözlərinə görə, Ankara bir çox beynəlxalq təşkilatların, o cümlədən müharibə edən tərəflərin rəhbərləri və nümayəndələri ilə görüşlər keçirir.

Türkiyə prezidentinin sözlərinə görə, ədalətli və davamlı sülhə nail olmaq mümkündür.

Ərdoğan Türkiyənin regionda və dünyada müharibələrə son qoymağa çalışdığını və beynəlxalq ictimaiyyətin Türkiyənin müharibələrə son qoymaq və sülhü təmin etmək səylərinə dəstək verməsinin vacib olduğunu bildirib.

Digər Xəbərlər