Reklam resmi
Reklam resmi

Çin ən yüksək inflyasiya ilə üzləşir

Çin ən yüksək inflyasiya ilə üzləşir
İqtisadiyyat

Çində istehlak inflyasiyası yanvar ayında son beş ayın ən yüksək səviyyəsinə yüksəlib.

Ajans.az xəbər verir ki, bu barədə “Reuters” Milli Statistika Bürosuna istinadən məlumat yayıb.

Məlum olub ki, istehlak qiymətləri indeksi ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,5 faiz artıb. Ərzaq və yanacaq qiymətlərini nəzərə almayan baza inflyasiyası yanvarda 0,6 faizə yüksəlib.

Aviabiletlərin qiymətləri az qala doqquz faiz artıb, turizm inflyasiyası isə yeddi faizə çatıb. Kinoteatrlara və tamaşalara biletlərin qiyməti 11 faiz artıb.

Daha əvvəl bildirilmişdi ki, Çində koronavirus pandemiyasından əvvəlki on ildə orta hesabla inflyasiya 3,4 faiz təşkil edib. Ancaq son illərdə bu, 18 trilyon dollarlıq ev təsərrüfatlarının əmanətlərini məhv edən mənzil böhranı səbəbindən dəyişdi.

author picture
Ajans_az Muxbir
Mövzular:
Çin yüksək inflyasiya yanvar

Digər Xəbərlər