Reklam resmi
Reklam resmi

Tramp Ukrayna böhranını həll etməyi planlaşdırır

Tramp Ukrayna böhranını həll etməyi planlaşdırır
Gündəm

ABŞ prezidenti Donald Tramp Ukrayna böhranını həll etməyi və təhlükəsizlik zəmanətlərini Avropaya ötürməyi planlaşdırır.

Ajans.az xəbər verir ki, bu barədə ABŞ-nin milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolts məlumat verib.

"Prezident Tramp bu münaqişəyə son qoymaq niyyətindədir və bundan sonra təhlükəsizlik zəmanətləri tamamilə avropalıların öhdəsinə buraxılacaq", - o NBC telekanalına müsahibəsi zamanı deyib.

O, həmçinin qeyd edib ki, Vaşinqton Ukrayna ilə təbii ehtiyatlar, o cümlədən nadir metallar, neft və qaz məsələləri ilə bağlı danışıqlar aparmaq niyyətindədir.

Digər Xəbərlər