Reklam resmi
Reklam resmi

Azərbaycan futbolunda legioner limiti ləğv olundu

Azərbaycan futbolunda legioner limiti ləğv olundu
Gündəm

Futbol üzrə Azərbaycan Premyer Liqasında legioner limiti ləğv olunub.

Ajans.az xəbər verir ki, bu barədə bu gün AFFA-nın İcraiyyə Komitəsinin iclasında qərar qəbul edilib.

Qərar növbəti mövsümdən tətbiq olunacaq.

Yeni mövsümdən legioner limitində aşağıdakı kriteriyalar tətbiq olunacaq:

Oyunun sifariş vərəqəsində maksimum 17 əcnəbi futbolçu ola bilər.

Meydanda eyni anda 11 əcnəbi futbolçu oynaya bilər.   Legioner futbolçular üçün rüsum aşağıdakı kimi olacaq:

1 legionerdən 7 legionerə qədər: 5000 (beş min) AZN

8-dən 12-yə qədər: 10000 (on min) AZN

13-dən 15-ə qədər: 100000 (yüz min) AZN

16 və daha yuxarı: 200000 (iki yüz min) AZN

Öz ölkəsinin milli komandasının üzvü olub-olmamasından asılı olmayaraq, bütün legionerlərə rüsum tətbiq ediləcək.

Heyətində yerli futbolçular oynadan klublara xüsusi hesablama metodu ilə bonus ödəniləcək. Bonuslar legioner rüsumundan əldə ediləcək vəsaitdən veriləcək.

Digər Xəbərlər