Reklam resmi
Reklam resmi

Bəhruz Məmmədov işdən çıxarıldı

Bəhruz Məmmədov işdən çıxarıldı
Cəmiyyət
448

Azərbaycan Minatəmizləmə Agentliyinin İdarə Heyəti sədrinin birinci müavini Bəhruz Əmir oğlu Məmmədov vəzifəsindən azad edilib.

Ajans.az Oxu.az-a istinadən xəbər verir ki, sədr müavini 31 yanvar 2025-cü ildə müvafiq sərəncamla vəzifəsindən kənarlaşdırılıb.

Qeyd edək ki, Bəhruz Məmmədov 2023-cü il 28 yanvarda Azərbaycan Minatəmizləmə Agentliyinin İdarə Heyəti sədrinin birinci müavini vəzifəsinə təyin edilmişdi.

O, müvafiq təyinatadək Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Təhlükəsizlik, müdafiə və səfərbərlik şöbəsi müdirinin müavini vəzifəsində çalışıb.

Mövzular:
Bəhruz Məmmədov İşdən Çıxarıldı

Digər Xəbərlər