Reklam resmi
Reklam resmi

Miqrant gəmisi faciəsi: 7 ÖLÜ

Miqrant gəmisi faciəsi: 7 ÖLÜ
Hadisə

Aydının Kuşadası mahalı sahillərində, Sahil Mühafizə Komandanlığı qrupları ötən gün axşam saat 23:00 radələrində Kuşadası rayonunun Davutlar Məhəlləsi açıqlarında hərəkətdə olan rezin qayıq aşkar edib.

Ajans.az xəbər verir ki, bu barədə “NTV” məlumat yayıb. 

Qruplar hərəkətə keçərək rezin qayıqda olan qeyri-qanuni immiqrantlara “dayan” xəbərdarlığı edib. Sahil Təhlükəsizlik qruplarının xəbərdarlığına tabe olmayan rezin qayıqda olan qaçaq immiqrantlar qaçmağa çalışıb.

Bu sırada rezin qayıqda olan qeyri-qanuni mühacirlərdən 7-si dənizə düşüb. Qayıqda olan 32 nəfər sahilə çıxarılarkən, Sahil Mühafizəsi qrupları dənizə düşən itkinlərin axtarışına başlayıb. İş çərçivəsində ilk olaraq 3 qeyri-qanuni immiqrantın, sonrakı saatlarda isə daha 4 immiqrantın cəsədi tapılıb. Xəsarət alan bir qrup qeyri-qanuni mühacir xəstəxanaya çatdırılıb və onlara tibbi yardım göstərilib.

author picture
Ajans_az Muxbir
Mövzular:
Miqrant Gəmisi Ölü

Digər Xəbərlər